کلینیک آسیا کلینیک آسیا کلینیک آسیا کلینیک آسیا asia klinikasi asia klinikasi

Melanoma


Melanositlərdən -dəri qiqmenti hazırlayan hüceyrələrdən inkişaf edən şişlərdir. Buna görədə milanoma tünd rənglidir. Melanositlər neyro ektodermal mənşəlidir. Bu o deməkdir ki, onlar sinir sisteminin əcdad hüceyrələrindən inkişaf edirlər. Melanositlərin əsas funksiyası dərini günəşin həddən artıq radiasyon təsirindən qorumaqdır. Bədxassəli melanoma kifayət qədər genişlənmiş patologiyadır. Bütün bədxassəli şişlərin 1%-ni təşkil edir. Hər il təxminən 100 000 insandan 4-ü bu xəstəliyə tutulur. Melanoma üçün yüksək ölüm göstəricisi xarakterikdir. Bunun səbəbi şişin sürətlə inkişaf etməsi və metastaza meyilliyi ilə izah olunur. Təxminən melanomaların 1/3 baş və boyunda inkişaf edir.

Risk  faktorları  həddən  artıq  günəş  radiasiyası ( UB  şüaları, günəş  yanıqları) çoxlu  xalların  olması, xalların  travmatizasiyası   irsi  meyililik hesab  olunur.  Hormonal  statusun  dəyişməsi  melanomanın inkişafının  həm  stilimulə  edə  bilər  həm  zəiflədə  bilər.  Bütün növ  nevuslar (doğul ləkələri, xallar) maliqnizasiyaya  meyillidir. Piqmentli  nevuslar demək  olarki  hər kəsdə  görülür. Maliqnizasiya  riski  baxımından   nisbətən  təhlükəli  olanlar epidermal  nevuslar – qara rəngli , tüksüz, dəridən qalxmayan (qabarmayan  və ya  demək  olarki  qabarmayan ) hallardır.
Melanoma  üçün  xarakterikdir:
 
1  Asimmetriklik – kənarları  qeyri düzgün – (bəzən  dişli) formalıdır, tez-tez  qanayır.
 
2  Rəngin  dəyişməsi  melanomanın  rəngi klassik  rəngdən  fərqlidir – Boz göy  çəhrayi, qırmızı, bəzən ağdır , buna  görə də  xalın  rəngi  dəyişdikdə  müayinə  olunmalıdır.
 
3  Ölçüsünün  dəyişməsi Adətən melanoma  üçün 6mm və  daha  böyük  ölçü  xarakterikdir.
 
Erkən  mərhələdə  melanomanın  klassik  klinik  əlamətləri  olmaya  bilər. Melanomanın  aşağıdakı formaları  ayırd  olunur.
 
Səthi  yayılmış  melanoma  ən  çox  görünən  formasıdır. Ləng  inkişafı ilə  xarakterizə olunur.
 
Düyünlü  forma   Rast  gəlinmıə  tezliyinə  görə  ikincidir. Dəridə  kövşək  düyünlər, yara  əmnələ  gətirməyə  meyilli olması  xarekterikdir. Sürətli  inkişafa  meyillidir.
 
Bədxassəli   lentiqo – daha  çox  yaşlı adamlarda  görünür.
 
Periferik  lentiqo
 
Diaqnoz:   Histoloji  müayinə .
 
Müalicə:  Əsasən  cərrahidir.

Scroll to Top