کلینیک آسیا کلینیک آسیا کلینیک آسیا کلینیک آسیا asia klinikasi asia klinikasi

Atopik Dermatit


Atopik dermatit (həmçinin diffuz neyrodermit adlanır) – dərinin allergiya mənşəli xroniki iltihabi xəstəliyidir, hansının ki, əsas simptomu güclü qaşınmadır. Diffuz neyrodermitə, həmçinin digər atopik xəstəliklərə (bronxial astma, pollinozlar, allergik rinit) meyllik irsi olaraq ötürülür. Ona görə də adətən belə diaqnoz qoyulmuş insanın mütləq sadalanmış xəstəliklərdən birinə düçar olan bir qohumu tapılır. Pasiyentlərin əksəriyyətində xəstəlik 12 yaşadək başlayır. Yetkin yaşlarda atopik dermatit çox nadir hallarda qayıdır.

Müalicə olunmadıqda xəstəlik illərlə davam edir. Bəzən dayanır, bəzən kəskinləşir və xəstəni çox narahat edir.
Xəstəliyin səbəbləri
 
 
 
Atopik dermatit zamanı dəridə allergik reaksiyanın inkişafının səbəbi – müxtəlif maddələrlə əlaqədəyə oqranizmin hiperreaktiv reaksiyasıdır. Bu maddələr xəstənin orqanizmi üçün allergendirlər. Allergen kimi bitki tozcuqları, ev tozu, heyvan tükü, müxtəlif qida məhsulları, məişət kimyası və s. ola bilər. Allergenin bədənə daxil olmasının bir neçə yolları vardır: hava, kontakt və qida yolu.
 
 
 
Atopik dermatitin simptomları
 
 
 
Atopik dermatitin xüsusiyyəti – allergenlə təkrar əlaqədən sonra kəskinləşmə dövrləridir (məsələn, müəyyən qida məhsullarının istifadəsi və ya heyvanlarla kontakt). Kəskinləşmələrin əmələ gəlməsinə həmçinin ilin sezonu təsir edir (kəskinləşmələr əksərən payız-qış sezonunda olur), emosional gərginliklər və s. amillər.
 
 
 
Xəstəliyin əsas simptomu – dərinin quruluğu və qaşınmasıdır. Kəskinləşmələr dərinin yayılmış şişkinliyi və qızarmasıyla, yayğın hüdudlu qırmızı ləkələrin, piləklərin əmələ gəlməsiylə müşaiyət olunurlar. Qaşınma zamanı dəridə suluqlanan eroziyalar əmələ gəlir. Dərinin zədələnmiş yerlərinə infeksiya daxil olduqda irinliklər yaranır. Atopik dermatitin sevimli yerləri – oynaqların qatlanma səthləri, boyunun ön və yan səthi, alın, gicqah, biləklər, əl və ayağın arxa tərəfi.
 
 
 
Atopik dermatitin diaqnostikası
 
 
 
Atopik dermatit diaqnozunu kliniki əlamətlərə və xəstənin şikayətlərinə əsaslanaraq həkim-allerqoloq qoyur. Bəzi hallarda pasiyentə E immunoqlobulinin (IgE) səviyyəsini öyrənmək məqsədiylə analiz müəyyən edirlər. Bu immunoqlobulinin yüksək səviyyəsi orqanizmin allergik reaksiyalara meylliyi haqda xəbər verir.
 
 
 
Kəskinləşməni törədən konkret allergeni aşkar etmək üçün dəridə allergik sınaqlar aparırlar. Bu sınaq zamanı bazu önü nahiyyəsində pasiyentin dərisinə kiçik dozalarda müxtəlif allergenlər daxil edirlər. Reaksiya müsbət olduqda allergenin daxil edildiyi yerdə qızarma və suluqəmələ gəlir.
 
 
 
Siz nə edə bilərsiniz?
 
 
 
Atopik dermatiti olan insanın dərisi növbəti kontakta allergik reaksiyayla cavab verməyə “həmişə hazırdır”. Kəskinləşmələrin qarşısını almaq üçün, məlum allergenlərlə əlaqədən qaçınmaq lazımdır. Ona görə də atopik dermatitin müalicəsində təyin edilmiş pəhrizə riayət etmək və evi təmiz saxlamaq vacibdir. Bundan başqa yadda saxlayın ki, dərini daima qaşımaqla allergik reaksiyanı artıracaqsınız və infeksiyanın daxil olmasına imkan yaradacaqsınız.
 
 
 
Dərinin quru qalmasına imkan verməyin: hamam qəbul edin, sabundan mümkün qədər gec-gec istifadə edin, dərini nəmləndirici losyonla yuyun. Sintetik və yun paltarları çılpaq bədənə geyinməməyə çalışın (bu materiallar qaşınmanı artırırlar). Sizə daha çox geniş pambıq alt və üst paltaralar uyğundur.
 
 
 
Həkim necə kömək edəcək?
 
 
 
Atopik dermatitin müalicəsinin əsasını allergiyaya qarşı dərmanlar təşkil edir. Xəstəliyin ağırlığından asılı olaraq bu, tərkibində antihistamin maddələr olan sürtmə mazları və ya glükokortikoidlər, həmçinin peroral (daxilə qəbul edilən) preparatlar ola bilər.
 
 
 
Son illərdə atopik dermatitin müalicəsi üçün həmçinin allergen-spesifik immun terapiya istifadə edilir (SİT). Bu müalicə üsulu pasiyentin orqanizminə allergenin daxil edilməsindən ibarətdir. Bu cür müalicə nəticəsində orqanizmin həmin allergenə qarşı dayanıqlığının artması baş verir.

Scroll to Top