کلینیک آسیا کلینیک آسیا کلینیک آسیا کلینیک آسیا asia klinikasi asia klinikasi

Dermatit


Dermatit – dərinin müxtəlif qıcıqlandırıcılara iltihabi reaksiyasıdır.

Növləri: kontakt dermatit və toksidermiya.
 
 
Kontakt dermatitlər qıcıqlandırıcının dəriyə bilavasitə təsir etməsindən əmələ gəlir. Toksidermiyalar isə yad maddələrin bədənə daxil olub bir sıra dəyişikliklər törədirlər, bunlardan biri isə dermatitdir. Məsələn, dəridə iltihabi reaksiya hər hansı dərman tərkibli kremin istifadəsindən sonra yaranıbsa, bu kontakt dermatitdir. Lakin həmin dərman bədənə həblə bağırsaqdan daxil olubsa və səpki yaranıbsa, bu toksidermiyadır.
 
 
Bundan başqa, dermatitlərə seboreyalı dermatit (quvaq, civzələr, akne, sızanaqlar), atopik dermatit (allergik), herpesformlu dermatit, ekzema və s. aiddir. Bu məqalədə bir onlardan sadəcə bir neçəsini araşdıracağıq.

Dermatitin səbəbləri
 
 
 
Dermatiti törədən qıcıqlandırıcılar fiziki, kimyəvi yaxud bioloji ola bilərlər.
 
 
 
Obliqat adlanan qıcıqlandırıcılar müvcuddur. Bunlar hər insanda adi dermatit törədirlər. Obliqat qıcıqlandırıcılara aiddir: sürtünmə, təzyiq, şüa və hərarət, turşu və qələvilər, bəzi bitkilər (gicitkən, alışan, acı qaymaqçiçəyi, südləyən). Yanıq və dondurmanın, qabarların nə olduğunu hamı bilir, hər insanı həyatında bir dəfə də olsa gicitkən dalayır. Sadə dermatitin təzahürü və gedişatının ağırlığı amilin gücü və təsir müddətiylə ölçülür. Sadə kontakt dermatitin simptomları qıcıqlandırıcıyla ilk kontaktdan sonra dərhal büruzə verir, zədələnmə sahəsi isə kontakt sahəsinə uyğundur. Bəzən, qıcıqlandırıcının uzunmüddətli təsiri zamanı dermatit xroniki keçir .
 
 
 
Fakultativ qıcıqlandırıcılar dərinin iltihabını sadəcə onlara qarşı çox həssas olan insanlarda yaradırlar. Söhbət allergik kontaktlı və atopik (allergik) dermatit xəstəliklərindən gedir. Fakultativ qıcıqlandırıcıların (sensibilizatorların) sayı genişdir və dayanmadan çoxalır.
 
 
 
Allergik kontakt dermatit, sadədən fərqli olaraq, qıcıqlandırıcıyla kontaktdan dərhal sonra əmələ gəlir, həm də ilk kontaktda deyil. Allergik reaksiyanın (sensibilizasiyanın) formalaşması üçün ilk kontaktdan bir neçə həftə keçməlidir. O zaman təkrar kontakt zamanı dermatit əmələ gəlir. Dərinin iltihabi reaksiyası qıcıqlandırıcının təsir müddətinə uyğun deyil. Və qıcıqlandırıcı allergiyası olmayan insanlarda heç bir reaksiya törətmir. Dəyişiklik sahəsi kontakt dairəsindən kənara çıxa bilməz.
 
 
 
Atopik dermatit – çox mürəkkəb xəstəlikdir, dərinin allergik mənşəli xroniki iltihabi zədələnməsidir. Onu bir və ya bir neçə allergen amil törədə bilər – həm də sadəcə kontaktlı deyil, həmçinin nəfəs aldıqda (tozcuq, toz) və ya qidayla daxil olan (qida allergiyası) allergenlər. Atopik xəstəliklərə həmçinin bronxial astma, allergik rinit və s. aiddir. Atopiyaya meyllik irsi keçir.
 
 
 
Atopik dermatit adətən erkən uşaqlıqda inkişaf edir. Əksər hallarda yaş keçdikcə bu xəstəliyin təzahürləri azalır və ya tamamilə yox olur.
 
 
 
 
 
Dermatitin simptomları
 
 
 
Sadə dermatit kəskin yaxud xroniki və ya kəskin keçir. Kəskin dermatitlər açıq-aydın iltihablı olur. bu iltihab qaşınma, yanğı, ağrı, bəzən də – iz salan suluq və nekroz sahələrinin əmələ gəlməsiylə müşaiət olunur.
 
 
 
Xroniki dermatitlər durğun ödem, göyərmə, dərinin qalınlaşması, lixenifikasiya (qabıq vermə), çat vermə, güclü qartlaşma, bəzən isə dərinin atrofiyasıyla olur. Allergik kontaktlı və atopik dermatitin kəskin təzahürlərinə həmçinin dərinin qızarmasıyla birgə güclü şişkinliyi məxsusdur. Sonra balaca və böyük suluqlar əmələ gələ bilər. Bu suluqlar yarılıb sudurlu eroziyalara çevrilir. Sönən iltihab qabıq və axçalar əmələ gətirir.
 
 
 
Siz nə edə bilərsiniz?
 
 
 
Dermatitlərin müalicəsində sizə allerqoloq və dermatoloq yardım edə bilər. Zəruri olduqda, sizi qastroenteroloqa və s. mütəxəssislərə yönəldə bilərlər.
 
 
 
Allergik kontaktlı dermatitin müalicəsi dermatoloq tərəfindən təyin edilir və hər şeydən əvvəl allergenin müəyyən edilməsinə yönəldilir. Sizdən həyat tərziniz haqqında ətraflı soruşacaqlar, həmçinin peşəkar zərərlər, istifadə etdiyiniz kosmetik vasitələr haqqında və s. Allergeni xaric etdikdə kontaktlı dermatitin simptomları adətən keçir.
 
 
 
Atopik dermatitin müalicəsi daha çətindir. Bu xəstəliyi təcrübəli allerqoloq müalicə etməlidir. Antihistamin (həm içəri qəbul üçün, həm də maz kimi) və glükokortikoid preparatlardan istifadə olunur, allergen-spesifik immun terapiya aparılır.
 
 
 
Profilaktik tədbirlər
 
 
 
İstehsalatda və məişətdə təhlükəsizlik texnikasına riayət edin. Əgər Sizdə bir dəfə allergik dermatit olubsa və səbəbi bəllidirsə, həmin allergenlə kontaktdan uzaq olmağa çalışın.
 
 
 
Atopik dermatitin profilaktikasının əsas istiqaməti – düzgün qida rejiminə riayət etməkdir.

Scroll to Top